cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Pulu olmayan komanda matçın başlamasını avtobusda gözlədi

05.03.2018 17:23 Oxundu 2179

Türkiyənin “Kayseri Erciyesspor” futbol komandası oteldə qalmaq üçün pulu olmadığına görə oyunçular səfərdə “Diyarbəkirspor” klubu ilə qarşılaşmaq üçün gecə avtobusla yola düşüblər və oyunun başlamasını isə avtobusda gözləyiblər. Cempion.az-ın “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin 3-cü liqasında oynayan “Kayseri Erciyesspor” futbolçuları avtobusla 10 saat yol qət ediblər. 10-1 hesabı ilə “Diyarbəkirspor”un xeyrinə başa çatan oyundan sonra rəqib futbolçular göz yaşlarını saxlaya bilməyiblər. Bu məğlubiyyətdən sonra “Kayseri Erciyesspor”un regional həvəskar liqaya düşməsi qətiləşdi.