şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Kapitan “Çelsi” ilə oyuna yetişə bilər

07.03.2018 19:55 Oxundu 2265

“Barselona”nın kapitanı Andres İnyesta gözləniləndən tez sağala bilər. “Marca”nın məlumatına görə, La Liqanın XXVII turunda “Atletiko” ilə (1:0) qarşılaşmada zədələnən ulduz futbolçunun “Çelsi” ilə Çempionlar Liqası matçına yetişməsi istisna edilmir. İlkin tibbi müayinədən sonra İnyestanın 4 həftəlik sıradan çıxdığı bildirilmişdi. Lakin daha sonra zədənin o qədər də ciddi olmadığı və bərpa prosesinin 2-3 həftə çəkəcəyi açıqlanıb. 33 yaşlı yarımmüdafiəçi isə bu prosesin daha da sürətlənməsinə və 1/8 final mərhələsinin cavab qarşılaşmasına qədər hazır olmasına çalışır. Qeyd edək ki, “Barselona” – “Çelsi” görüşü martın 14-də keçiriləcək. Bu komandalar arasındakı ilk qarşılaşmada heç-heçə (1:1) qeydə alınıb.Apasport