çərşənbə, 20 mart 2019

DÜNYA FUTBOLU

“Qalatasaray”ın oyunçusu çinlilərin “radar”ında

08.03.2018 11:06 Oxundu 609

Bafetimbi Qomisin Türkiyədəki uğurlu çıxışı onun müştərilərinin sayını artırıb. Fransalı hücumçuya Çindən təklif gəlib. “Qalatasaray”ın futbolçusu “Quançjou Everqrande” klubunun diqqət mərkəzinə düşüb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilib ki, çinlilər fransalı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdı. İtaliyalı mütəxəssis Fabio Kannavaronun çalışdırdığı “Quançjou Everqrande” hücumçunun özünə illik 10 milyon avro ödəməyə söz verir. Qeyd edək ki, Qomis Super Liqanın cari mövsümündə 24 oyuna 24 qol vurub.Apasport