cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Neymar "Barselona"ya qayıtmaq istəyir - İddia

09.03.2018 13:18 Oxundu 2297

PSJ-nin hücumçusu Neymar Paris klubundakı vəziyyətdən məmnun deyil. Ulduz futbolçu "Barselona"ya qayıtmaq istəyir. Xəbərdə fransız klubuna keçdiyi üçün peşman olan Neymarın bununla bağlı kataloniyalıların rəhbərliyinə məlumat verdiyi vurğulanıb. İddiaya görə, Liqa 1-in La Liqa ilə müqayisədə zəif çempionat olduğunu dərk edən braziliyalı forvard PSJ-nin maliyyə imkanlarına aldandığı və Messinin kölgəsində qalmamaq üçün belə bir addım atdığını bildirib. Ancaq hələlik "Barselona" Neymarın yenidən komandaya qaytarılması məsələsini müzakirə etməyib. Əgər rəhbərlik keçmiş futbolçusunu bağışlasa belə, transfer 2019-cu ilin yayından tez germəkləşməyəcək. Qeyd edək ki, Neymar cari mövsümün əvvəlində 222 milyon avroya "Barselona"nı PSJ-yə dəyişmişdi.Qol.az