11.03.2018 19:10
2474
“Barselona” yeni transferini açıqlayıb. Katalonlar uzun müddətdir danışıq apardığı “Qremio”nun yarımmüdafiəçisi Artur Melonun keçidini həll edib. Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Braziliya klubu ilə ilkin müqavilə imzalanıb. Anlaşmaya əsasən, ispan klubu mövsümün sonunda 30 milyon avro ödəyərək, 21 yaşlı futbolçunu heyətinə qatacaq. Daha 9 milyon avro isə bonuslar şəklində ödənəcək. Qeyd edək ki, Artur 2010-cu ildən “Qremio”nun şərəfini qoruyur.Apasport