cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Türkiyə klubunun Azərbaycan millisinə dəvət olunan futbolçusu zədələnib

13.03.2018 10:13 Oxundu 1621

Azərbaycan milli komandasına dəvət alan Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak zədələnib. 28 yaşlı sol cinah müdafiəçisinin XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində qasıq nahiyyəsində problem yaranıb. “Samsunspor”un həkimi Mehmet Özden bildirib ki, Budakın martın 18-də “Boluspor”la ev qarşılaşmasında meydana çıxıb-çıxmayacağı aparılacaq müayinələrdən sonra bəlli olacaq. Futbolçunun zədəsi ciddi olacağı halda, onun Azərbaycan yığmasının mart toplanışına qatılması da sual altına düşəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi milli martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmır. Üstəlik, sol cinah müdafiəçisi Türkiyə Futbol Federasiyasında Türkiyə vətəndaşı kimi qeydiyyatdan keçib. Bu amil də onun yığmanın düşərgəsinə qoşulmaq ehtimalını azaldır.Report