şənbə, 23 mart 2019

BİZİM FUTBOL

Klublar Komitəsinin yeni sədri seçildi

15.03.2018 14:30 Oxundu 664

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda komitəyə yeni sədr seçilib. “Bulvar otel”də baş tutan tədbirdə keçirilən seçki zamanı “Neftçi”nin prezidenti Kamran Quliyev Klublar Komitəsinə yeni sədr seçilib. Səsvermədə “Qəbələ”, “Qarabağ” və “Səbail” hərəyə 1, “Neftçi” isə 5 səs toplayıb. Xatırladaq ki, Klublar Komitəsinə son olaraq məhz “Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə rəhbərlik edirdi. Lakin onun paytaxt klubundan istefasından sonra KK sədrsiz qalmışdı. Qafqazinfo