şənbə, 23 mart 2019

DİGƏR NÖVLƏR

Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

17.03.2018 12:39 Oxundu 774

24-25 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Cempion.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır. Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.