22.03.2018 14:20
2894
Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına 2 milyona yaxın bilet satılıb.
“Report” “Championat.com” saytına istinadən xəbər verir ki, bunu FIFA-nın nümayəndəsi Kolin Smit bildirib.
O deyib ki, biletlərin 50 faizini xarici ölkələrin vətəndaşları alıblar.
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.