26.03.2018 09:00
2372
“Fənərbağça” və Slovakiya millisinin üzvü Martin Şkrtel ölümdən dönüb.
33 yaşlı müdafiəçi Slovakiyanın Tailandla keçirdiyi matçda top başına dəyib və anidən yerə yıxılıb.
Dili boğazına gedən futbolçuya ilk yardımı komanda yoldaşı Duda göstərib. O, Şkrtelin dilini boğazından çıxararaq həyatını xilas edib. Bir neçə dəqiqəlik tibbi müdaxilədən sonra özünə gələn müdafiəçi yenidən oyuna qayıdıb.
Qeyd edək ki, Tailandda “Kral kuboku” turnirində baş tutan matçda Slovakiya 3-2 hesabı ilə qalib gəlib. Qafqazinfo
video