cümə axşamı, 21 mart 2019

DİGƏR NÖVLƏR

Velosipedçimiz Türkiyədə 3-cü oldu

27.03.2018 13:14 Oxundu 672

Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Cartier” yarışına yekun vurulub. Cempion.az xəbər verir ki, velotur ölkəmizin “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. 4 mərhələdən ibarət “Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan “Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb – o, 4 mərhələnin yekununa əsasən qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub. Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.