şənbə, 23 mart 2019

BİZİM FUTBOL

"Qəbələ" - "Sumqayıt" matçında aprel şəhidləri üçün pankart açılıb

02.04.2018 17:45 Oxundu 639

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda keçirilən "Qəbələ" - "Sumqayıt" matçında AFFA Məşqçilər Komitəsinin üzvü və "Neftçi" klubunun sabiq məşqçisi Böyükağa Hacıyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. "Qəbələ" klubunun azarkeşləri həmçinin, aprel şəhidləri üçün pankart açıblar. Fanatların açdığı pankartda "Bizim güllələrimiz onları cəhənnəmə, onların güllələri isə bizi cənnətə aparır" yazılıb. Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada hazırda birinci hissə oynanılır və hesab açılmayıb. Report