cümə axşamı, 21 mart 2019

DİGƏR NÖVLƏR

8 qat olimpiya çempionu karyerasını başa vurub

03.04.2018 14:02 Oxundu 846

Biatlon üzrə norveçli 8 qat olimpiya çempionu Ule Eynar Byorndalen karyerasını başa vurub.

Bu barədə 44 yaşlı idmançı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Qeyd edək ki, Ule Eynar Byorndalen həm də 20 qat dünya çempionu və 6 dəfə "Böyük büllur qlobus"un sahibidir. O, belaruslu olimpiya çempionu Darya Domraçeva ilə evlidir. Byorndalen bu il Pxençanda keçirilmiş XXIII Qış Olimpiya Oyunlarında iştirak etməyib. Report