cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

UEFA-nın yeni reytinqi - Azərbaycan neçəncidir?

06.04.2018 11:20 Oxundu 3512

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. Qurumun saytının yaydığı xəbərə görə, Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra siyahıda cüzi dəyişiklik baş verib. İlk pillədə qərarlaşan ölkələr - İspaniya, İngiltərə, İtaliya və Almaniya təmsilçilərinin qələbəsi bu ölkələrin xal hesabını artırıb.

23-cü pillədə qərarlaşan Azərbaycanın mövqeyi dəyişməyib. 19.125 xalla Bolqarsıtanı 1 pillə qabaqlayan ölkəmiz siyahıda İsveçdən sonra gəlir. Azərbaycan Serbiya, Qazaxıstan, Sloveniya, Norveç kimi ölkələrdən də öndədir.Qol.az