07.04.2018 11:49
2858
Kanadanın “Humboldt Bronkos” hokkey klubunun gənclərdən ibarət komandasını aparan avtobus qəzaya uğrayıb.
“Report” “New York Times”a istinadən xəbər verir ki, hadisə Saskaçevan əyalətində baş verib.
“Nipavin Hauks”la pley-off matçı üçün səfərə çıxan hokkeyçiləri aparan avobus qoşqulu yük avtomobili ilə toqquşub. Nəticədə avtobusda olan 28 nəfərdən 14-ü ölüb.
Avtobusdakı hokkeyçilərin 16-21 yaşları olub.
Kanadanın Baş naziri Castin Tryudo “Twitter” vasitəsilə həlak olanların yaxınlarına başsağlığı verib.