çərşənbə, 24 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan Premyer Liqasında XXIII turun proqramı açıqlanıb

10.04.2018 11:18 Oxundu 3175

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, qarşıdakı tura aprelin 14-də Gəncə şəhər stadionunda "Kəpəz" - "Qarabağ" matçı ilə start veriləcək. Qalan 3 oyun isə ertəsi gün olacaq. "Zirə" və "Neftçi" arasında keçiriləcək mərkəzi qarşılaşma həm də turun son oyunu olacaq. Görüşlərdən 3-ü “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

14 aprel (şənbə)

“Kəpəz” – “Qarabağ”

Gəncə şəhər stadionu, 16:00 (“CBC Sport”/ canlı)

15 aprel (bazar)

“Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 19:00 (“CBC Sport”/ canlı)

“Sumqayıt” – “Keşlə”

“Kapital Bank Arena”, 18:00

“Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu, 17:00 (“CBC Sport”/canlı)

Report