cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

"Barcelona" məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıb

15.04.2018 11:17 Oxundu 3003

"Barcelona"nın futbolçuları İspaniya çempionatında məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıblar. Bu barədə "Gazeta.ru" məlumat yayıb.

Qeyd edilir ki, Katalon klubu 32-ci turun matçında "Valensiya" üzərində qələbədən sonra məğlubiyyətsiz oyunlarının sayını 39-a çatdırıb. Oyun "Barcelona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bundan əvvəlki rekord göstərici "Real Sosedad" komandasına məxsus olub. Komanda 1979-1980-ci illərdə məğlubiyyətsiz 38 matç oynayıb.Report