cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Finalın vaxtı açıqlandı

23.04.2018 14:28 Oxundu 3257

“Qəbələ” və “Keşlə” arasında keçiriləcək Azərbaycan Kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb.

Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.