26.04.2018 09:19
2885

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub. İkinci oyun gününün yeganə qarşılaşması Münhendə keçirilib.
Avrokuboklarda ən çox üz-üzə gələn iki komanda – “Bavariya” və “Real” Almaniya təmsilçisinin meydanında qarşılaşıb. Bundesliqa klubu qarşılaşmada hesabı açmağa müvəffəq olsa da, üstünlüyünü qoruya bilməyib.
Belə ki, Kimmixin qoluna İspaniya nəhəngi iki topla cavab verib. İlk yarıda Marselo bərabərlik qoluna imza atıbsa, fasilədən sonra Asensio “Kral klubu”na qələbə qazandıran topun müəllifi olub.
Çempionlar Liqası
Yarımfinal (ilk oyunlar)
25 aprel
“Bavariya” (Almaniya) – “Real” (İspaniya) - 1:2
Qollar: Kimmix, 28 - Marselo, 44, Asensio, 57
Apasport