şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

26.04.2018 09:44 Oxundu 3094

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdıracaq. Bu görüşü fransalı Klemen Turpin idarə edəcək.

Şotlandiyalı Viliam Kallumun fit çalacağı Fransa “Marsel”i turnirin sürpriz komandası “Zalsburq”la üz-üzə gələcək.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Avropa Liqası

Yarımfinal

İlk oyunlar

26 aprel

23:05. “Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Arsenal” stadionu

23:05. “Marsel” (Fransa) – “Zalsburq” (Avstriya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Marsel. “Velodrom” stadionu

Apasport