cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

“Real” “Barselona”nın rekordunu təkrarlayıb

26.04.2018 09:49 Oxundu 3047

Madridin “Real” klubu Çempionlar Liqasının tarixinə düşüb. Madrid təmsilçisi qitənin ən nüfuzlu klub turnirində 150 qələbə qazanan ilk komanda olub.

Yubiley qələbəsi yarımfinalın “Bavariya” ilə ilk matçına təsadüf edib. Münhendə qazanılan 2:1 hesablı əzmkar qələbə sayca 150-ci olub.

Ümumilikdə isə avrokuboklarda 306-cı qələbəsini qazanan “Real” “Barselona”ya məxsus rekordu təkrarlayıb. Növbəti qələbə Zinəddin Zidanın komandasını mütləq rekordçuya çevirəcək.Apasport