şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

27.04.2018 09:14 Oxundu 2705

Avropa Liqasında yarımfinal mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.

Erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.

Şotlandiyalı Viliam Kallumun fit çaldığı oyunda isə Fransa “Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Zalsburq”a yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Avropa Liqası

Yarımfinal

İlk oyunlar

26 aprel

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Lakazet, 61 - Qrizman, 82

Qırmızı vərəqə: Vrsaliko, 10 (ikinci sarı)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Arsenal” stadionu

“Marsel” (Fransa) – “Zalsburq” (Avstriya) - 2:0

Qollar: Tauvin, 15, Nji, 63

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Marsel. “Velodrom” stadionu

Apasport