şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” mövqeyini itirdi, digər üçü önə çıxdı

28.04.2018 15:26 Oxundu 2421

Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “clubworldranking”in tərtib etdiyi cədvəldə Azərbaycanın 4 komandası yer alıb.

Klublarımız arasında ən yaxşı nəticə yenə “Qarabağ”dadı. Azərbaycan Premyer Liqasının liderinin hesabında 1169 xal var. Ağdam təmsilçisi planetin 527-ci komandasıdı. “Qarabağ” son siyahı ilə müqayisədə 1 pillə geriləyib.

368 xala malik “Keşlə” 738-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi 6 rəqibini qabaqlayıb. “Qəbələ” 255 xalla 781-ci yerdədi. “Zirə”nin isə 217 xalı var və planetin 807-cisidi. Hər iki komanda da mövqeyini yaxşılaşdırıb və 1 pillə qabağa gediblər.

Qeyd edək ki, cədvəlin ilk “üçlüy”da də dəyişikliklər olub. İspaniya “Real”ı 17118 xalla 1-ci, “Barselona” 16710 xalla 2-ci yerdə qaldığı halda, Braziliya “Qremio”su “üçlüy”ə qayıdıb. Madrid “Atletiko”sunu qabaqlayan cənubi amerikalıların aktivində 14202 xalı var.