şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona" tarixində 25-ci dəfə İspaniya çempionu olub

30.04.2018 09:07 Oxundu 2562

La Liqanın 35-çi turunda çempion müəyyənləşib. Mövsümü məğlubiyyətsiz keçirən "Barselona" “Deportivo”nu səfərdə 4:2 hesabı ilə məğlub edərək, vaxtından əvvəl qızıl medalları təmin edib. Lionel Messi matçda “het-trikə” imza atıb.

Beləliklə, “Barselona" tarixində 25-ci dəfə İspaniya çempionu olub. La Liqada ən çox qələbə qazanan isə Madridin “Real” klubudur – 33 dəfə.

“Deportivo” – “Barselona” - 2:4

Qol: Lukas Peres, 40; Əmrə Çolak, 64 - Koutinyo, 7; Messi, 38, 82, 85

APA