şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Misir Futbol Federasiyası ilə Məhəmməd Salah arasında münaqişə baş verib

30.04.2018 10:40 Oxundu 3106

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah ilə Misir Futbol Federasiyası arasında münaqişə baş verib. "Ahram" agentliyi xəbər verir ki, səbəb milli komandanın futbolçularını daşıyan təyyarədə 26 yaşlı forvardın təsvir olunmasıdır. Federasiya şəxsiyyətindən reklam məqsədi ilə istifadə etdiyi Salaha kompensasiya ödəmək istəmir.

Daha əvvəl futbolçunun agenti bu insidentə görə qurumu tənqid edib. Əvəzində onun davranışı federasiya tərəfindən ləyaqətsizlik kimi qiymətləndirilib. Oyunçunun özü isə sosial şəbəkədəki hesabında hadisələrin belə gedişindən məyus olduğunu vurğulayıb. Onun fikrincə, belə məsələlər daha nəzakətlə həll olunmalıdır.

Misirin idman naziri Xaled Abd əl-Əziz məsələni araşdıracağını bildirib. Report