şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” nəhənglərlə bir sırada

02.05.2018 12:38 Oxundu 2777

Avropada ən çox çempion olan komandaların siyahısı açıqlanıb. “Seltik” Şotlandiya Premyer Liqasının qalibi olmaqla qitədə hamını qabaqlayan “Reyncers”ə bir addım da yaxınlaşıb.

Belə ki, 49-cu dəfə ölkə çempionluğunu bayram edən və hazırda 3-cü sırada qərarlaşan “Seltik” yalnız “Reyncers” və “Linfild”dən geri qalır. Şotlandiya birincisinin rekordçu ilə arasındakı çempionluq sayı 5-ə enib.

“Seltik” çempionluq seriyasını davam etdirənlər arasında isə ikinci pillədə qərar tutur. Ardıcıl 7-ci dəfə qızıl medala layiq görülən Qlazqo təmsilçisi “Ludoqorets” və TNS-lə sayı bərabərləşdirib. “Yuventus”un da mövsümü çempion kimi tamamlayıb, onlara çatmaq ehtimalı az deyil. Bu baxımdan ilk sıranı BATE tutur. Belarus klubu ardıcıl 12 çempionluq sayını artıra da bilər.

Son illər Azərbaycan birinciliyində hegemonluq edən “Qarabağ” da Avropanın dəyişməz çempionları sırasına düşməyi bacarıb. Hazırda Avropanın yalnız 8 ölkəsində eyni klub 5 və daha çox mövsümdə qızıl medal qazanıb ki, onlardan biri də məhz “Qarabağ”dı.

Ardıcıl ən çox ölkə çempionu olanlar:

1-2. “Linkoln” (Cəbəllütariq) – 14 (2002/03-2015/16

“Skonto” (Latviya) – 14 (1991-2004)

3. “Rusenborq (Norveç) - 13 (1992-2004)

4. BATE (Belarus) - 12 (2006-17)

5. “Dinamo” (Zaqreb, Xorvatiya) - 11 (2005/06-2015/16)

6-9“Dinamo” (Berlin, Şərqi Almaniya) – 10 (1978/79-1987/88)

MTK (Macarıstan) – 10 (1914, 1917-1925)

“Pünik” (Ermənistan) – 10 (2001-2010)

“Şerif” (Moldova) – 10 (2001-2010)

Seriyası davam edən çempionluqlar:

1. BATE (Belarus) – 12 (2006-…)

2-4. “Seltik” (Şotlandiya) – 7 (2011/12-...)

TNS (Uels) – 7 (2011/12-…)

“Ludoqorets” (Bolqarıstan) – 7 (2011/12-...)

5-6. “Yuventus” (İtaliya) – 6 (2011/12-...)

“Bavariya” (Almaniya) - 6 (2012/13-...)

7-8. “Qarabağ” (Azərbaycan) – 5 (2013/14-…)

APOEL (Kipr) – 5 (2012/13-…)

Ümumilikdə ən çox ölkə çempionu olanlar:

1. “Reyncers” (Şotlandiya) - 54

2. “Linfild” (Şimali İrlandiya) - 52

3. “Seltik” (Şotlandiya) - 49

4. “Olimpiakos” (Yunanıstan) - 44

5. “Benfika” (Portuqaliya) - 36

6. “Anderlext” (Belçika) - 34

7-10. “Ayaks” (Hollandiya) - 33

“Sparta” (Çexoslovakiya / Çexiya) - 33

“Yuventus” (İtaliya) - 33

“Real” (İspaniya) - 33

11. “Rapid” (Avstriya) - 32 (1941-ci ildə Almaniya çempionu olub)

12. MOİK (Sofiya, Bolqarıstan) – 31

Ardıcıl ən çox ölkə kubokunu qazananlar:

1. “Vaduts” (Lixtenşteyn) – 14 (1998-2011)

2. “Vaduts” (Lixtenşteyn) - 7 (1956-1962)

3-7. “Dinamo” (Tbilisi, Gürcüstan) – 6 (1937-1942)

“Prinsipat” (Andorra) – 6 (1994-1999)

“Şamrok Rovers” (İrlandiya) – 6 (1964-1969)

“Vaduts” (Lixtenşteyn) – 6 (1966 -1971)

“Jalgiris” (Litva) – 6 (2011-2016)

Ümumilikdə ən çox ölkə kubokunu qazananlar:

1. “Vaduts” (Lixtenşteyn) - 45

2. “Linfild” (Şimali İrlandiya) - 43

3. “Seltik” (Şotlandiya) - 37

4. “Reyncers” (Şotlandiya) - 33

5. “Barselona” (İspaniya) - 30

6. “Benfika” (İspaniya) - 28

7-8. “Austriya” (Avstriya) - 27

“Olimpiakos” (Yunanıstan) - 27

9. “Torshavn” (Farer adaları) - 26

10-11. “Levski” (Bolqarıstan) - 25

“Sparta” (Çexoslovakiya / Çexiya) - 25

(Apasport.az)