cümə axşamı, 01 yanvar 2026

BİZİM FUTBOL

AFFA “Sumqayıt”ı cərimələdi

02.05.2018 12:41 Oxundu 2757

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının XXV turunda baş verənlər müzakirə olunub.

“Qəbələ” – “Kəpəz” matçında qonaqların azarkeşləri olan sektorda oturacaqlar sındırılıb.. “Kəpəz” stadiona dəymiş ziyanı “Qəbələ”nin təqdim edəcəyi hesaba əsasən ödəməli olacaq.

“Sumqayıt” – “Səbail” oyununun ikinci hissəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib. (apasport.az)