02.05.2018 15:51
2449

“Milan”ın yarımmüdafiəçisi Cakomo Bonaventura karyerasını İtaliyanın bir başqa klubunda davam etdirə bilər. Apasport.az saytının “Mediaset”ə istinadən məlumatına görə, “Yuventus” 28 yaşlı futbolçu ilə yaxından maraqlanır.
“Yuventus”un əsas transfer hədəfləri – Əmrə Can (“Liverpul”) və Alvaro Moratanın (“Çelsi”) adlarının yanına Bonaventuranın adı da əlavə olunub. Xüsusilə də, bir neçə mövqeyə uyğunlaşa bilməsi və çalışma əzminə görə baş məşqçi Massimiliano Alleqri keçidin baş tutmasını istəyir.
“Milan” Bonaventuraya görə 25 milyon avro tələb edir.(Apasport)