şənbə, 02 avqust 2025

BİZİM FUTBOL

Rövnəq Abdullayev bu arenaya 200 min ayırdı?

02.05.2018 17:07 Oxundu 3022

8-ci km stadionu ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar bu gündən etibarən təmirə bağlanacaq. Stadion AFFA tərəfindən təmir edilir və bunun üçün SOCAR-dan 200 min manat ayrılıb.

Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Unikal.org-a danışan qurum rəsmisi stationun AFFA tərəfindən təmir olunduğunu təsdiqləyib:

"Bakcell Arenanın ot örtüyünün əsaslı təmir işləri AFFA-nın maliyyə vəsaiti hesabına aparılacaq. Stadion "Neftçi" PFK-nın istifadəsində olsa da, AFFA-ya məxsusdur və avrokuboklar zamanı digər klublarımız da ev oyunlarını keçirmək üçün bu arenadan yararlanır. Stadionun ot örtüyündə əsaslı yenidənqurma işlərinin aparılmasının üzərindən xeyli müddət keçdiyi nəzərə alınaraq təmir prosesinin başlanması barədə qərar verilib. Stadion mayın 1-də təmirə bağlanıb, avqustda istifadəyə verilməsi nəzərdə tutulub”.

AFFA-nın rəsmisi stadionun təmiri üçün nə qədər pul ayrılmasına "Məbləğ barədə məlumatım yoxdur”-deyə cavab verib.(Unikal.org)