şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

UEFA Millətlər Liqasındakı rəqibimizin baş məşqçisi dəyişib

03.05.2018 10:31 Oxundu 3330

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi postunda dəyişiklik baş verib.

“Report” Malta Futbol Federasiyasının (MFF) rəsmi saytına istinadən xəbər verir ki, belçikalı Tom Saintfiti yerli mütəxəssis Rey Farruciya əvəzləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub.

MFF-in prezidenti Norman Darmanin Demajo təyinatla bağlı deyib ki, vəziyyəti nəzərə alaraq, komandanı yerli məşqçiyə tapşırmalı olduqlarını hiss ediblər. O, yığmanı ölkənin futbol sektorunun bir hissəsi olan, Malta futbolunu yaxşı bilən və kollektivi beynəlxalq oyunlara hazırlamaq təcrübəsi olan birinə həvalə etməyi məqsədəuyğun saydıqlarını söyləyib: “Milli komandamızın davamlılığı bizim əsas prioritetimizdir. Rey Farruciyanın bu missiyanı effektli şəkildə yerinə yetirmək üçün bacarıq və təcrübəyə sahibdir”.

Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.