şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Əmrə Mor Türkiyəyə köçür

03.05.2018 14:02 Oxundu 1962

“Selta”nın futbolçusu Əmrə Morun karyerasını Türkiyədə davam etdirməsi gözlənilir.

Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, gənc yarımmüdafiəçi “Qalatasaray”a keçmək üzrədi.

Milli üzvünün keçidində maraqlı olan “sarı-qırmızılılar” transferin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb. Həmçinin futbolçu özü də “Selta”nı tərk etmək fikrindədi. Məşqlərə gecikdiyi üçün tez-tez cəzalandırılan 20 yaşlı yarımmüdafiəçi hətta bir ara əsas komandadan uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Əmrə Mor “Selta”ya ötən il Dortmund “Borussiya”sından keçib.