03.05.2018 15:31
2070

Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun müəyyənləşib.
FİFA referisinin köməkçisi B qrupunun Portuqaliya - Norveç oyununda yan xətt hakimi olacaq. Qarşılaşmanın baş hakimi isə hollandiyalı Denis Hiqler olacaq.
Qeyd edək ki, Portuqaliya - Norveç matçı mayın 4-ü Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.