cümə axşamı, 01 yanvar 2026

BİZİM FUTBOL

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib

03.05.2018 16:10 Oxundu 1733

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi müəyyənləşib.

Mayın 11-də milli assosiasiyanın inzibati binasında baş tutacaq təbdir saat 10:00-da start götürəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;

4. Digər məsələlər.