04.05.2018 13:54
1367

"Arsenal"ın kapitanı Loran Koselni Avropa Liqasının yarımfinal mərhələsinin "Atletiko" ilə cavab oyununda zədələnib. Matçın 12-ci dəqiqəsində zədə alan fransalı müdafiəçi meydanı xərəklə tərk edib.
"Sky Sport" əzəli yırtığı aşkarlanan futbolçunun 6 ay meydana çıxa bilməyəcəyini yazıb. Bu isə o deməkdir ki, Fransa millisinin üzvü yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.
Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Arsenal"ınn heyətində 33 oyuna çıxıb və 2 qol vurub.Qol.az