
Avropa Liqasının 2018/19 mövsümünün ilk mərhələləri üçün səbətlərin ilkin tərkibi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yarışa I təsnifat mərhələsindən başlayacaq Azərbaycan klublarının da səbəti məlum olub.
Belə ki, hər üç təmsilçimiz püşkatma zamanı səpələnmişlər səbətində yer alacaq. Buna səbəb də ölkəmizin UEFA reytinqinin yüksək olmasıdı. Məsələ ondadı ki, bu turnirdə iştirak edə biləcək təmsilçilərimizdən yalnız “Qəbələ”nin şəxsi əmsalı (5,250) ümumi reytinqdən gələn faizdən yüksəkdi. Buna görə də digər komandalar həmin ümumi reytinqdən gələn payla kifayətlənəcək. Həmin 3,825-ə bərabər göstərici isə hər üç komandanı səpələnmişlər səbətinə daxil olması üçün yetərlidi. Bir sözlə, həm “Qəbələ”, həm də nisbətən aşağı əmsallı “Neftçi”, “Keşlə”, “Sumqayıt” və “Zirə” Avropa Liqasına yollansa, ilk raundda asan rəqiblə düşmək şansı qazanacaq.
Ümumilikdə isə I təsnifat mərhələsində 94 komanda mübarizə aparacaq. Onlardan 7-si ilkin mərhələnin qalibləri, 87-si isə mübarizəyə yeni qoşulanlardı.
Artıq yarışa bu raunddan başlayacaq 87 klubdan 33-nün adı dəqiqləşib. Onlardan 14-ü Azərbaycan klubları ilə birlikdə səpələnmiş, 14-ü isə səpələnməmişdi. Digər 5 komandanın səbəti isə hələ dəqiqləşməyib. Səpələnməmiş 14 komanda təmsilçilərimiz üçün potensial rəqiblərdi.
Azərbaycanın 3 klubu kimi daha 30 komandanın adı bilinməsə də, səbəti bəllidi. Onlardan 18-i səpələnmiş, 12-si səpələnməmişlərdən olacaq. Sonuncuların da yer aldığı mümkün rəqiblərimiz sırasına ilkin mərhələnin iki qalibi də qoşulacaq.
Həmin raundun digər 5 qalibi, həmçinin ölkəsi bəlli, klubu qeyri-müəyyən olan 21 komanda da hələ hansı səbətdə yer alacağını bilmir.
I təsnifat mərhələsindəki mümkün rəqiblərimizin siyahısına baxsaq, burada komandalarımızın dişinə görə olan iştirakçılar qərarlaşıb. İyunun 19-da atılacaq püşk Ermənistan təmsilçisini klublarımızla üz-üzə qoya bilməz. Əvvəllər klublarınızın mübarizədən kənarlaşdırdığı tanış “Samtredia” və “Çixura”nın yer aldığı siyahıda təmsil olunacaq ölkələrin çoxu dəfələrlə komandalarımız qarşısında aciz qalıb. Bu üzdən də hər üç komandamız güclülər səbətində yer aldığından ilk raundu keçməkdə problem yaşamamalıdı. Onların yer aldığı cütlərin II təsnifat mərhələsinin püşkatmasında hansı səbətə düşəcəyi barədə ehtimallar yürütmək isə hələ tezdi.
Avropa Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Molde” (Norveç)
“Hafnarfyordur” (İslandiya)
“Dandalk” (İrlandiya)
“Jalgiris” (Litva)
“Anartosis” (Kipr)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Nomme Kalyu” (Estoniya)
“Haken” (İsveç)
MOİK (Bolqarıstan)
“Ventspils” (Latviya)
“Şaxtyor” (Belarus)
“Ordabası” (Qazaxıstan)
“İrtış” (Qazaxıstan)
“Kayrat” (Qazaxıstan)
Azərbaycan – 3 komanda
Serbiya – 3 komanda
Bolqarıstan – 2 komanda
Belarus - 2 komanda
Polşa - 2 komanda
Danimarka - 2 komanda
İsrail – 2 komanda
Xorvatiya - 1 komanda
Kipr – 1 komanda
Şotlandiya - 1 komanda
Rumıniya - 1 komanda
İsveç – 1 komanda
Səpələnməmişlər
“Petrokub” (Moldova)
“Çixura” (Gürcüstan)
“Samtredia” (Gürcüstan)
“Vestmannaeyar” (İslandiya)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“KuPS” (Finlandiya)
“Lahti” (Finlandiya)
“Derri” (İrlandiya)
“Şemrok Rovers” (İrlandiya)
“Riqa” (Latviya)
“Stimbras” (Litva)
“Kolreyn” (Şimali İrlandiya)
“Runavik” (Farer adaları)
Albaniya – 2 komanda
Monteneqro – 2 komanda
Moldova – 1 komanda
Makedoniya – 1 komanda
Macarıstan – 1 komanda
Bosniya və Herseqovina – 1 komanda
Estoniya – 1 komanda
Ermənistan – 1 komanda
Lüksemburq – 1 komanda
Uels – 1 komanda
İlkin mərhələnin 2 qalibi
Qeyri-müəyyənlər
“Styarnan” (İslandiya)
“Sarpsborq” (İsveç)
“Levadiya” (Estoniya)
“Vaduts” (Lixtenşteyn)
“Milsami” (Moldova)
Sloveniya – 3 komanda
Slovakiya – 3 komanda
Bosniya və Herseqovina - 2 komanda
Macarıstan - 2 komanda
Makedoniya - 2 komanda
Ermənistan - 2 komanda
Lüksemburq - 2 komanda
Şimali İrlandiya - 2 komanda
Monteneqro - 1 komanda
Malta – 1 komanda
Albaniya - 1 komanda
İlkin mərhələnin 5 qalibi