şənbə, 02 avqust 2025

DÜNYA FUTBOLU

Fernando Torresin yeni klubu müəyyənləşdi

06.05.2018 17:39 Oxundu 1957



Fernando Torres mövsümün sonunda Atetico Madrid-dən gedəcəyini bəyan edəndən sonra MLS və Çindən bir sıra klublar onu ələ keçirməyə çalışır.

Təcrübəli hücumçunun Chicago Fire klubuna transferi reallaşmaq üzrədir. Klubun nümayəndələri zəruri sənədləşmə işlərini həll etmək üçün hazırda Madriddədir. Chicago-da Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştaygr də forma geyir.
Bu mövsüm 41 dəfə Atletico forması ilə meydana çıxan Torres 8 qol vurub.(Goal.az)