cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Daha bir klub Premyer Liqanı tərk etdi

09.05.2018 09:31 Oxundu 1798

İngiltərə Premyer Liqasını tərk edən daha bir klubun adı müəyyənləşib. Bu, “Vest Bromviç”dir.

Premyer Liqanın 31-ci turundan təxirə salınmış “Suonsi” – “Sauthempton” matçı “Vest Bromviç”in taleyini həll edib. Belə ki, qonaqların 1:0 qalib gəlməsi 19-cu pillədə qərarlaşan “Vest Bromviç”in Çempionşipə yuvarlanmasını rəsmiləşdirib. "Sauthempton" isə təhlükli zoandan uzaqlaşaraq 16-cı pilləyə yüksəlib.

Qeyd edək ki, daha əvvəl “Stok Siti”nin Premyer Liqanı tərk etdiyi dəqiqləşmişdi.(Qol.az)