cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Məhkəmə qərar verdi: 4 milyon ödəniləcək

09.05.2018 11:20 Oxundu 1777

“Las-Palmas”la “Sevilya” arasındakı məhkəmə çəkişməsi yekunlaşıb. “Las-Palmas” məhkəməyə müraciət edərək, Vitolonun “Atletiko”ya keçidinə görə əldə edilən məbləğdən “Sevilya”nın onlara da ödəməli olduğunu bildirmişdi.

Sözügedən oyunçu 2013-cü ildə “Las-Palmas”dan Əndəlüs klubuna keçib. Müqavilədə göstərilmişdi ki, gələcəkdə futbolçunun satışından əldə olunacaq məbləğin 12,5 faizi keçmiş klubuna ödənilməlidi.

“Sevilya” Vitolonu 2017-ci ildə 35 milyon avroya “Atletiko”ya satıb. Ancaq klub rəhbərliyi “Las-Palmas”a pul ödəməkdən imtina edib. Səbəb kimi də əldə olunan vəsaiti “Atletiko”dan yox, futbolçunun özündən aldıqlarını bildiriblər.

Ancaq bu vəziyyətlə razılaşmayan “Las-Palmas” məhkəməyə müraciət edib. Məhkəmə onların tələbini yerinə yetirib. “Sevilya” 4 milyon avronu “Las-Palmas”a ödəməlidi.(Apasport.az)