cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

"Liverpul"dan 70 milyonluq transfer həmləsi

09.05.2018 13:18 Oxundu 1913

"Lion"un yarımmüdafiəçisi Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər.

"Liverpul" fransız futbolçunun transferini bitirmək üzrədi.

Artıq baş məşqçi Yurgen Klopp Nabil Fekirlə görüşüb və ondan transferin baş tutacağına dair razılıq alıb. Keçidin Mersisayd klubuna 70 milyon avroya başa gələcəyi gözlənilir.

24 yaşlı oyunçunu heyətində görmək istəyən bir digər ingilis klubu - "Çelsi"nin cəhdləri isə uğursuz alınıb.

Cari mövsümdə Fransa Liqa 1-də 28 matçda meydana çıxan Fekir 17 dəfə rəqib qapılarına yol tapıb, 7 dəfə isə məhsuldar ötürmə ilə yadda qalıb.