cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Komadan ayılan Ferqyusonun ilk sözləri...

09.05.2018 13:55 Oxundu 1993

Hemorragik insultdan (beyin qansızması) əziyyət çəkən və bu səbəbdən əməliyyat olunan Aleks Ferqyuson komadan ayılıb.

Ser özünə gəldikdən sonra ilk olaraq qohumları ilə danışıb.

"Donkaster" necə oynadı? - Nəşrin iddiasına görə, Aleks Ferqyusonun komadan ayılmasının ardından yaxınlarına dediyi ilk sözlər bunlar olub.

Qeyd edək ki, İngiltərə birinci liqasında (üçüncü divizion) mübarizə aparan "Donkaster"i Aleks Ferqyusonun oğlu Darren Ferqyuson çalışdırır. "Donkaster" sonuncu turda "Uiqan"la qarşılaşıb və oyundan 0:1 hesabı ilə məğlub ayrılıb. Apasport