cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

"Barselona"nın futbolçusuna ağır cəza

09.05.2018 18:30 Oxundu 1840

İspaniya Futbol Federasiyası "Barselona"nın müdafiəçisi Serji Robertonun cəzasını açıqlayıb.

Apasport.az saytının İspaniyanın "Sport" nəşrinə istinadən məlumatına görə, ispaniyalı futbolçu mayın 6-da "Real"la oynanılan görüşün birinci hissəsinin sonlarına yaxın rəqibin müdafiəçisi Marselonun üzünə zərbə endirməsi səbəbindən, 4 oyunluq diskvalifikasiya olunub.

Epizodun ardından 26 yaşlı futbolçu hakim Alexandro Ernandes tərəfindən qırmızı vərəqə ilə cəzalandırılmışdı.