cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

İnyestanın gedəcəyi klub məlum oldu - İllik 25 milyon avro qazanacaq

09.05.2018 18:55 Oxundu 1827

Mövsümün sonunda “Barselona”dan ayrılacaq Andres İnyestanın yeni klubu məlum olub.

Çinə gedəcəyi gözlənilən 33 yaşlı yarımmüdafiəçi fərqli qərar verib və Yaponiyanın “Vissel Kobe” klubu ilə razılıq əldə edib.

O, illik 25 milyon avro olmaqla 3 illik razılıq əldə edib.

Məlumata görə, bu transferdə “Barselona”nın titul sponsoru olan “Rakuten” şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub.

Qeyd edək ki, “Vissel Kobe”də Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski də çıxış edir.