cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

"Boka Xuniors" 33-cü dəfə Argentina çempionu olub

10.05.2018 08:57 Oxundu 1768

"Boka Xuniors" futbol klubu Argentina çempionatının başa çatmasına bir tur qalmış ölkə çempionu olub.

Buenos-Ayres klubu cümə axşamına keçən gecə "Ximnasiya və Esqrima" komandası ilə 2:2 hesablı heç-heçə edib.

İndi "Boka Xuniors" sona bir tur qalmış ikinci yerdə qərarlaşan "Qodoy-Krus" komandasını 4 xal qabaqlayır.

Bu çempionluq "Boka Xuniors" üçün 33-cü, ardıcıl isə ikinci olub. Daha çox titul isə "River Pleyt"in aktivindədir - 36.

Argentina çempionatında 28 komanda iştirak edir. Birdövrəli turnir ötən il avqustun 25-də start götürüb.