çərşənbə axşamı, 23 aprel 2024

BİZİM FUTBOL

Azərbaycan klublarına 20 rəqib

10.05.2018 10:38 Oxundu 1635

Avropa Liqasının I təsnifat mərhələsinin ilkin səbətləri açıqlanıb.

Yarışda iştirakı dəqiqləşən 49 komandadan 43-nün səbəti dəqiqləşib.

Belə ki, səpələnmişlər səbətində yer alacaq 21 komanda məlumdu. Daha 17 klubun ölkəsinin təmsilçisi kimi burada yer alacağı bilinsə də, onların adları hələ rəsmiləşməyib.

Azərbaycanı qitənin ikinci dərəcəli klub turnirində təmsil edəcək hər üç komanda səpələnmişlər səbətində yer alacaq. Onlardan biri “Qəbələ”disə, digərlərinin adına aydınlıq gəlməyib. Bu yerlərə “Neftçi”, “Sumqayıt”, “Keşlə” və “Zirə” iddia edir.

Təmsilçilərimizin rəqiblərindən 20-si məlumdu. Belə ki, səpələnməmişlər səbətində 22 komandanın yer alması dəqiqləşib. Ermənistanın iki klubu bizimkilərə rəqib ola bilməz. Bu üzdən potensial rəqiblərimiz digər 20 komandadı.

Bu səbətdə daha 17 komandanın hansı ölkələrdən olması məlumdu. Amma onların adlarına aydınlıq yaxın zamanda gələcək. Bunlardan da 16-sı mümkün rəqiblərdi. Bu səbətin iki komandası isə ilkin raunddan gələcək.

Mübarizəyə bu raunddan başlayacağı dəqiqləşən 6 komandanın səbəti bilinmir. Həmçinin daha 13 komanda ölkəsinin təmsilçisi kimi hansı səbətə düşəcəyi bilinmir. İlkin mərhələnin 5 qalibinin də yeri dəqiqləşməyib.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

“Partizan” (Serbiya)

“Molde” (Norveç)

“Hafnarfyordur” (İslandiya)

“Dandalk” (İrlandiya)

“Jalgiris” (Litva)

“Osiyek” (Xorvatiya)

“Slovan” (Slovakiya)

“Anartosis” (Kipr)

“Dinamo” (Tiflis, Gürcüstan)

“Nomme Kalyu” (Estoniya)

“Haken” (İsveç)

MOİK (Bolqarıstan)

“Slaviya” (Bolqarıstan)

“Ventspils” (Latviya)

“Şaxtyor” (Belarus)

“Ordabası” (Qazaxıstan)

“İrtış” (Qazaxıstan)

“Kayrat” (Qazaxıstan)

“Sarpsborq” (İsveç)

“Sarayevo” (Bosniya və Herseqovina)

“Qəbələ” (Azərbaycan)

Azərbaycan – 2 komanda

Serbiya – 2 komanda

Polşa - 2 komanda

Danimarka - 2 komanda

İsrail – 2 komanda

Şotlandiya - 2 komanda

Kipr – 1 komanda

Rumıniya - 1 komanda

İsveç – 1 komanda

Bolqarıstan – 1 komanda

Belarus - 1 komanda

Səpələnməmişlər

“Dunayska Ştreda” (Slovakiya)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina)

“Petrokub” (Moldova)

“Çixura” (Gürcüstan)

“Samtredia” (Gürcüstan)

“Vestmannaeyar” (İslandiya)

“Liepaya” (Latviya)

“İlves” (Finlandiya)

“KuPS” (Finlandiya)

“Lahti” (Finlandiya)

“Derri” (İrlandiya)

“Şemrok Rovers” (İrlandiya)

“Riqa” (Latviya)

“Stimbras” (Litva)

“Trans” (Estoniya)

“Qlenavon” (Şimali İrlandiya)

“Kolreyn” (Şimali İrlandiya)

“Runavik” (Farer adaları)

“Qandzasar” (Ermənistan)

“Banants” (Ermənistan)

“Baltsan” (Malta)

“Konnak” (Uels)

Albaniya – 2 komanda

Monteneqro – 2 komanda

Moldova – 1 komanda

Makedoniya – 1 komanda

Macarıstan – 1 komanda

Ermənistan – 1 komanda

Lüksemburq – 1 komanda

İlkin mərhələnin 2 qalibi

Qeyri-müəyyənlər

“Jelezniçar” (Bosniya və Herseqovina)

“Styarnan” (İslandiya)

“Levadiya” (Estoniya)

“Vaduts” (Lixtenşteyn)

“Milsami” (Moldova)

Sloveniya – 3 komanda

Macarıstan - 2 komanda

Makedoniya - 2 komanda

Lüksemburq - 2 komanda

Slovakiya – 1 komanda

Şimali İrlandiya - 1 komanda

Monteneqro - 1 komanda

Albaniya - 1 komanda

İlkin mərhələnin 5 qalibi