cümə axşamı, 01 yanvar 2026

DÜNYA FUTBOLU

"Milan"dan transfer bombası

10.05.2018 14:28 Oxundu 1721

"Monako"nun hücumçusu Radamel Falkao yayda İtaliya nəhənginə transfer ola bilər. 32 yaşlı Falkaonu "Milan" heyətinə cəlb etməkdə maraqlıdı. Əvəzində "Monako"ya portuqaliyalı Andre Silva təklif olunacaq.

Kolumbiyalı futbolçu cari mövsüm Fransa çempionatında 25 oyuna 18 qol vurub və 5 məhsuldar ötürmə verib. Andre Silva isə 23 oyunda cəmi iki dəfə fərqlənib.(Fanat.az)