cümə, 01 avqust 2025

DÜNYA FUTBOLU

Ronaldu super qəhrəman olacaq

10.05.2018 18:30 Oxundu 1873

"Real" və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu "Graphic İndia" kompaniyası ilə əməkdaşlıq edəcək. Sözügedən şirkət "VMS Communications"la birlikdə "Strike Force 7" layihəsi üzərində çalışır. Burada Ronaldu super qəhrəman olacaq. "Strike Force 7" multiplikasiya, komiks və rəqəmsal elementlərdən ibarət olacaq.

"Mən həmişə super qəhrəmanların fanatı olmuşam. Yeni animasiya seriyasının yaradılmasında iştirak etdiyimə görə şadam. Hesab edirəm ki, futbol kimi animasiya personajları və qəhrəmanları da mədəniyyət və insanları birləşdirir. Buna görə bu layihə çərçivəsində futbol və super qəhrəmanları birləşdirmək, azarkeşlərlə paylaşmaq qərarına gəldim" - Ronaldu deyib.(Goal.az)