cümə, 29 mart 2024

DİGƏR NÖVLƏR

Azərbaycan taekvondoçusu: "Avropa çempionatında medalsız qalmadığıma görə sevinirəm"

11.05.2018 10:10 Oxundu 1705

"İlk rəqibim olan bolqarıstanlı idmançısına qalib gəldim. Növbəti döyüşü isə yerli taekvondoçu Svetlana İqumenovaya qarşı keçirdim. Düzü, rəqibim güclü və həm də yerli olduğundan, döyüşün ağır keçəcəyini gözləyirdim. Amma onu məğlub etmək heç də çətin olmadı. Bununla belə, xorvatiyalı rəqibimə məğlub oldum".

Bunu Rusiyanın Kazan şəhərindəki Avropa çempionatında bürünc medal qazanmış Azərbaycan taekvondoçusu Patimat Abakarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. 49 kq çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı medalsız qalmamasına sevindiyini bildirib: "Qızıl medal qazanacağıma inanırdım. Yenə də medalsız qalmadığıma görə sevinirəm. Məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm. Yarış hələ davam edir və komanda yoldaşlarıma uğurlar arzulayıram".