cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Ronaldunun yeni biznesi: Serial çəkəcək

11.05.2018 11:00 Oxundu 1535

Futboldan başqa, modellik və sahibkarlıqla məşğul olan dünyaca məşhur futbolçu Kriştianu Ronaldu bu dəfə prodüser olacaq.

O, “Facebook”da yayımlanacaq bir serialın prodüserliyini edəcək.

Nyu-York yaxınlığındakı bir qəsəbədə gənc qızlardan ibarət futbol komandasının macəralarının göstəriləcəyi serialda etnik və təbəqə olaraq fərqli olan obrazların ailə, eşq və uğur hekayəsi də yer alacaq.

“Boş vaxtlarımda ən çox etmək istədiyim şey TV-yə baxmaqdır. Bir serialın prodüseri olmaq, xüsusilə, bu işi görən uğurlu insanların yanında olmaq möhtəşəm bir təcrübədir. Mənim həyatım da serialdakı obrazların yaşadıqlarına bənzəyir.

Bu, dəyərlər, çətinliklər, dostluq, fasiləsiz işləmək, birlik olmaq, gərginlik və kiməsə uyğunlaşa bilməklə, qısası, həyatla bağlıdır”, - o deyə fikirlərini ifadə edib. Oxu.az