cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Şərhçi "Konyaspor"un Super Liqada qalacağı rəsmiləşəndən sonra canlı yayımda ağlayıb - VİDEO

14.05.2018 15:38 Oxundu 1650

Türkiyədə “KonTV”nin şərhçisi Mustafa Durmuş “Konyaspor” klubunun Super Liqada qalacağı dəqiqləşəndən sonra canlı yayımda ağlayıb.

Telekanal əməkdaşı “Beşiktaş”ın XXXIII turda “Osmanlıspor”u səfərdə 3:2 hesabı ilə məğlub etdiyi görüş başa çatandan sonra göz yaşlarına hakim ola bilməyib.

Meydan sahiblərinin məğlub olması Sərgən Yalçının baş məşqçi olduğu komandanın I Liqaya düşməyəcəyini rəsmiləşdirib. Çünki hazırda 36 xalla 14-cü pillədə qərarlaşan “Konyaspor” eyni xala malik ən yaxın izləyicisi “Akhisarspor” və 33 xalla 16-cı sıradakı “Osmanlıspor”la şəxsi oyunlara görə üstün durumdadır.

Qeyd edək ki, mayın 20-də baş tutacaq sonuncu turda “Konyaspor” “Fənərbağça”nın qonağı olacaq. “Akhisarspor” isə “Osmanlıspor”u qəbul edəcək.(Report)

Aparıcı