cümə, 29 mart 2024

BOKS

Bakıda Avropa azərbaycanlıları tərəfindən peşəkar boks yarışı keçiriləcək

14.05.2018 17:13 Oxundu 4760

Magdeburg (Almaniya) “Azərbaycan Mədəniyyəti” Cəmiyyətinin və uzun illərdir bu ölkədə fəaliyyət göstərən "Heydər Əliyev adına Dünya Boks Komitəsi"nin, Avropa Azərbaycanlıları Konqresinin (AAK) və “Qəbələ” İdman Klubunun təşkilatçılığı və dəstəyi ilə iyunun 2-də Bakıda peşəkar boks üzrə yarış keçiriləcək.

AAK-dan verilən məlumata görə, təşkilatçı cəmiyyətin və komitənin sədri, AAK-ın vitse prezidenti Yaşar Niftəliyev idmançıların sayını açıqlayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan yarışa Avropa ölkələrindən 15-dən çox idmançı qatılacaq. İdmançılar IBO-WBC dünya, WBCA kontinental kəmərləri uğrunda “Sərhədçi” İdman Olimpiya Mərkəzində görüşəcəklər.(Report)